İsrailin "Israel Aerospace Industries" şirkəti yeni DS-SAR peykinin uğurla buraxıldığını elan edib.
Bu barədə “Yerusalem Post” məlumat yayıb.
Buraxılış Hindistan daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Peyk hazırda orbitdədir və sistemlərinin düzgün işlədiyinə əmin olmaq üçün lazımi yoxlamalar aparır. Yaxın vaxtlarda o, Yerə hava haqqında məlumat göndərməyə başlayacaq.
Nəşr qeyd edir ki, bir neçə Sinqapur şirkəti də peykin təqdim etdiyi məlumatlara çıxış əldə edəcək.
Xatırladaq ki, bundan əvvəl İsrail “Ofek 13” peykini uğurla orbitə çıxarmışdı - mart ayında.