Azərbaycanda son 1 həftə ərzində (31 iyul - 6 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Senzor.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 17 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 3 olub.
İndiyədək ölkədə ümumilikdə 832 036 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 731 nəfər müalicə olunaraq sağalıb, hazırda 12 aktiv xəstə var. Bu günə qədər 10 293 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 517, bu günə qədər isə ümumilikdə 7 663 893 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 169 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 608 olub.