"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
Senzor.az bildirir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Məlumata görə, qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə yenisi verilib.