DYP "Qarabağ" - HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı azarkeşlərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" – HİK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı vətəndaşlara müraciət edib.


İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyunların keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:


“Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin birinci oyununda Azərbaycan çempionu "Qarabağ" Finlandiyanın HİK komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da, paytaxtın "Neftçi" klubu isə UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ı ilə qarşılaşacaq. Əvvəlcədən doğma komandalarımıza uğurlar arzurlayırıq.


Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu və "Neftçi Arena" ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazilərdə metronun “Gənclik” və “Xalqlar dostluğu” stansiyalarının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandalarımızının oyunlarına baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.


“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.