Moskvanın 3 böyük hava limanında reyslər kütləvi şəkildə təxirə salınıb və ya ləğv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ümumilikdə 37 təyyarə plan üzrə uçmayıb.
“Vnukovo”da 9 təyyarə saxlanılıb. “Domodedovo”da 15 reys təxirə salınıb, 8-i isə ləğv olunub. “Şeremetyevo”da da 5 aviareysin tarixi dəyişdirilib.
Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.