Biləsuvardan Lerikə istirahətə gedən gənc çayda boğuldu

Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

 

“Report”un məlumatına görə, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

 

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

 

Biləsuvar rayonunun Səmədabad kənd sakini, 2006-cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

 

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

 

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.