Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan Müstəqillik Günü münasibətilə təbrik edib.
Senzor.az xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.
“Müstəqillik Günü münasibəti ilə qardaş Pakistan xalqına və hökumətinə ən xoş və ən səmimi arzularımızı çatdırırıq. Biz ikitərəfli əlaqələrimizi, eləcə də strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Mustəqillik Gününüz mübarək!”, - paylaşımda qeyd olunub.