Azərbaycanda səfərdə olan xarici jurnalistlərin Laçın şəhərinə səfəri başlayıb.
Senzor.az xəbər verir ki, əcnəbi jurnalistlər “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə tanış olublar. Aralarında Türkiyənin 8 media qurumunun təmsilçilərinin də olduğu jurnalistlər ilkin olaraq Laçında görülmüş bərpa-quruculuq işləri ilə tanış olublar. Daha sonra heyət Laçın sərhəd-buraxılış məntəqəsində iş prosesini müşahidə ediblər.
Xarici KİV nümayəndələrinə sərhəd-buraxılış məntəqəsinin fəaliyyəti barədə geniş məlumat verilib.
Qeyd edilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin sərbəst keçidinə şərait yaradılır. Bütün bunlar Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunun sübutudur.