Damcılı mağara düşərgəsində beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparacaq
FOTO

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparacaq.


Senzor.az xəbər verir ki, beynəlxalq ekspedisiya Damcılı mağara düşərgəsində növbəti tədqiqat işlərinə avqustun 15-dən start verib.


Tədqiqat işləri sentyabrın 2-dək davam edəcək. Tədqiqat işlərinə Tokio Universitetinin professoru Yoşihiro Nişiaki və arxeoloq Yaqub Məmmədov rəhbərlik edir.


Bu vaxtadək aparılan tədqiqatlar nəticəsində ərazidə Tunc, Neolit, Mezolit və Orta Paleolit dövrlərinə aid təbəqələr aşkar olunub. Beynəlxalq ekspedisiya qoruq ərazisində işlədiyi illərdə müxtəlif dövrlərə aid alətlər, heyvan sümükləri, bitki toxumları, dövrü tam bəlli olmayan bir neçə qutu qəbir aşkar ediblər. Mezolit dövrünə aid daha yüksək elmi nəticələr əldə olunub. Burada qazıntı işləri 3 metrə qədər genişləndirilərək qayaların alt tərəfində aparılır. Daha sonraOrta Paleolit dövrünə aid edilə bilən 100-dən çox çaxmaq daşı və obsidian artefaktı əldə edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.