Bu gün Türkiyə hökumətinin iclası olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasın gündəliyi genişdir.
Belə ki, iclasda inflyasiyaya qarşı mübarizə, sentyabrda açıqlanması gözlənilən Orta Müddətli Proqramla bağlı araşdırmalar, dövlət qulluqçularının əməkhaqqının, pensiyaların artırılması ilə bağlı məsələlər, habelə xarici siyasət məsələləri müzakirə ediləcək.