Ermənistanda zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Ermənistan ərazisində dərinliyi 2 km olan təkanlar qeydə alınıb.
Tovuz stansiyasından 39 km cənub-qərbdə Ermənistan ərazisindəki zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.