Son bir həftədə Azərbaycanda 27 nəfər koronavirusa yoluxub

Azərbaycanda son 1 həftə ərzində (14-20 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Senzor.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 27 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 9 nəfər sağalıb. Həftə ərzində ölüm faktı olmayıb.

İndiyədək ölkədə ümumilikdə 832 071 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, hazırda 29 aktiv xəstə var. Bu günə qədər 10 295 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 516, bu günə qədər isə ümumilikdə 7 668 437 test icra olunub.

Eyni zamanda ölkədə son həftə ərzində 166 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 857 olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.