"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, yenidən salınacaq Cəbrayıl rayonu, Horovlu kəndinin konseptual layihəsi hazırlanıb.
Bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Layihənin öz təbiəti ilə ahəngdə, dayanıqlı kənd prinsipinə uyğun şəkildə hazırlandığı qeyd olunub.