Avqustun 26-da ilk dəfə keçirilən "Laçın Şəhəri Günü"nün yaddaqalan məqamlarından biri də axşam saatlarındakı atəşfəşanlıq olub.
Senzor.az bildirir ki, möhtəşəm atəşfəşanlığı şəhərin hər bir tərəfindən izləmək mümkün olub.
Atəşfəşanlıq böyük maraqla qarşılanıb.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin proqram hazırlanıb.
Tədbirlər Bayraq Meydanı, Həkəri çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün şəhərin mərkəzini əhatə edəcək.