Dronlar, pilotsuz aparatların yaradılmasına (PUA), tətbiqinə və utilizasiyasına aid təhlükəsizlik tələbləri müəyyən ediləcək.
Senzor.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda əksini tapıb.
Strategiyaya əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Elm və Təhsil Nazirliyi ilə birgə 2023-2025-ci illər ərzində Ağıllı” sistemlərin (dronlar, pilotsuz aparatlar, humanoidlər, robotlar və s.) yaradılmasına, tətbiqinə və utilizasiyasına aid təhlükəsizlik tələblərini müəyyən etməyi təmin etməlidir.
Eyni zamanda həmin qurumlar 2024-2027-ci illər ərzində Ağıllı” sistemlərin yaradılmasına, tətbiqinə və utilizasiyasına aid elmi, texnoloji, hüquqi və s. məsələlərin kompleks həlli üçün təkliflər verməyi təmin etməlidir.