Ermənistan parlamentinin spikeri Alen Simonyanın əməliyyat zamanı vəziyyəti pisləşib.
Bu barədə Ermənistanın “Hraparak“ qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Simonyan bu gün əməliyyat olunub. Əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. Hazırda onun səhhəti qənaətbəxşdir və həkimlərin nəzarəti altındadır.
Xatırladaq ki, Alen Simonyan bir müddət öncə yıxılaraq dirsəyini zədələdiyi üçün əməliyyat olunmuşdu.