Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
APA xəbər verir ki, bu barədə Armen Qriqoryanın "Facebook" hesabında məlumat verilib.
Onun sözlərinə görə, görüş zamanı regional təhlükəsizlik vəziyyəti, həmçinin Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub.