Azərbaycanda işgüzar səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 5-də Şəhidlər xiyabanını ziyarət edib.
Senzor.az xəbər verir ki, Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
**15:20
Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.
Senzor.az xəbər verir ki, Boris Kolları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.