Bakı və Abşeronun bəzi qəsəbələrində su kəsiləcək - SİYAHI
Bu gün
Magistral su xəttində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Bakının Sabunçu rayonunun Kürdəxanı və Pirşağı, eləcə də Abşeron rayonunun Novxanı, Goradil və Mehdiabad qəsəbələrinin bağ masssivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Senzor.az bildirir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.