
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu dərhal axtarışlara cəlb olunub.
Dalğıc qrupu tərəfindən avtomobilin kanala düşdüyü istiqamətdə aparılan axtarışlar nəticəsində 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.