Bakı bulvarı və "Sea Breeze" yeni sahil idarəetmə sisteminə daxil edilməyib

"Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq".

 

Senzor.az bildirir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, əhalinin yaşadığı və gələcəkdə məskunlaşdırılması nəzərdə tutulan ərazilər, həmçinin Bakı bulvarı, Bayraq Meydanı, "Sea Breeze", limanlar və sənaye parkları yeni sahil idarəetmə sisteminin əhatə dairəsinə daxil deyil.

 

"Onların idarə edilməsi qanunvericilik çərçivəsində həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra isə hər bir vətəndaş rəqəmsal xəritədə hansı ərazilərin sahil idarəetmə sisteminə daxil olduğunu görə biləcək", - F.Cəfərov qeyd edib.

 



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.