ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü: NƏLƏR MÜZAKİRƏ OLUNUB?
VİDEO

Şençjendə ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putinin üçtərəfli görüşü başa çatıb.

 

Senzor.az Rusiya mediasına istinadən bildirir ki, görüş 1,5 saat davam edib.

 

Danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilib. Və bu, üç liderin qeyd olunan formatda ilk rəsmi görüşü kimi tarixə düşüb.

 

Vladimir Putin əvvəlcə üçtərəfli görüşün təşkilinə görə Si Cinpinə təşəkkür edib.

 

Daha sonra Rusiya Prezidenti üçtərəfli görüşdə qlobal və regional əlaqələri və enerji təhlükəsizliyini müzakirə etməyi təklif edib. 

Onu da qeyd edək ki, hələ görüşdən əvvəl gündəlikdə beynəlxalq təhlükəsizlik və nüvə tərksilahı məsələlərinin əsas müzakirə mövzuları olacağı gözlənilirdi. Bundan başqa, liderlərin İran ətrafındakı vəziyyətə, Ukraynadakı müharibəyə və ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə toxunacaqları da ehtimal olunurdu.

**

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Vladimir Putin, Si Cinpin və Donald Trampın Şençjendə üçtərəfli görüşü yaxşı ab-havada keçib.

 

Y.Uşakov onu da qeyd edib ki, görüşün təfərrüatları barədə yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında Rusiya Prezidenti özü danışacaq.

 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində, bildirib ki, görüşün yekunlarına dair bəyanat qəbul edilib və o, yaxın saatlarda dərc olunacaq.(Bax: https://www.youtube.com/watch?v=q9G8dWmf_sM)



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.