Sahibə Qafarova Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistana işgüzar səfəri çərçivəsində Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.

 

Senzor. az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub.

 

Beynəlxalq forumlar və tədbirlər çərçivəsində təmasların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

 

O, Azərbaycan-Türkmənistan münasibətlərinin ortaq din, tarix və mədəniyyət üzərində qurulduğunu, dövlət başçılarının birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə hərtərəfli inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, parlamentlər də dövlət başçılarının müəyyən etdiyi siyasi xəttə dəstək verərək əməkdaşlığı davam etdirirlər.

 

Söhbət zamanı parlamentlərarası dostluq qruplarının qarşılıqlı fəaliyyətinin və digər formatlarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.

 

Görüşdə parlamentlərarası əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.