
Ötən gün Ağdam ərazisində Xaçınçay su anbarında faciəvi şəkildə ölən ata və övladları dəfn edilib.
“Qafqazinfo”nun məlumatına görə, hər üç ailə üzvü Bərdədə Seyid Yusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 1985-ci il təvəllüdlü İsgəndərov Şərif Şəmsəddin oğlu övladları - 2008-ci il təvəllüdlü Tunar və 2009-cu il təvəllüdlü Fidan ilə su anbarında çimərkən boğulmuşdular.