Xırdalanda tikilən yeni bina sakinləri qəzəbləndirib - NİYƏ?
VİDEO

Xırdalan şəhəri, Tofiq Hüseynov küçəsində yaşayan sakinlər yaxınlıqda inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı narazılıq edirlər. 

Vətəndaşların sözlərinə görə, yeni tikilən 18 mərtəbəli bina fərdi yaşayış evlərinə çox yaxın məsafədə inşa olunur və bu həm təhlükəsizlik, həm də yaşayış rahatlığı baxımından ciddi problemlər yaradır.

 

Baku TV-nin videomaterialında belə deyilir.

 

Ərazidə yaşayan Eldar Əzizov bildirib ki, evi 2012-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında qanuni şəkildə tikilib.

 

Onun sözlərinə görə, təxminən iki il əvvəl başlayan tikinti nəticəsində çoxmərtəbəli bina evindən qanuni məsafə saxlanılmadan - cəmi 2.5 metr aralıda ucaldılır.

 

Sakin iddia edir ki, tikinti işləri səbəbindən evinin arxa hissəsindəki hasar uçmaq təhlükəsi ilə üz-üzədir, ön hissədə isə çatlar əmələ gəlib.

 

O həmçinin qeyd edib ki, tikinti zamanı yaranan səs-küy və təhlükə səbəbindən nəvələri artıq evdə qala bilmirlər.

 

"Şikayətimi bildirib deyirəm ki, hasar uça bilər. Cavab verirlər ki, uçanda düzəldərik", - deyə E.Əzizov sözlərinə əlavə edib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.