
"Sentyabrın 27-də saat 22:00-da Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub".
Senzor.az bildirir ki, bunu KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.
"Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə hücum zamanı həyatını itirən azərbaycanlı ilə bağlı başsağlığı verib.