
ABŞ-da aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra Ağ Ev Donald Trampın fotosunu “Xatırladırıq: Tramp hələ də sizin prezidentinizdir” qeydi ilə yayımlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin Kommunikasiyalar üzrə direktoru Stiven Çunq da sosial şəbəkədə paylaşım edib.
Məsələ ondadır ki, seçkilərin nəticələri Demokratlara qanunvericilik prosesində və Prezident Administrasiyasına nəzarətdə daha geniş imkanlar yaradır. Bununla belə, Konqresdəki qüvvələr nisbətinin dəyişməsi Trampın Prezident səlahiyyətlərinə xitam vermir.
Görünür, paylaşımı yayanların məqsədi məhz bu vacib və incə məqamı vurğulamaqdır.
