Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşdü
FOTO

Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

 

Nümayəndə heyətinə Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarus Respublikasının fövqəladə hallar naziri, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxildir.

 

Görüşdə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın bu idman növünün inkişafına və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsi, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlərdən bəhs edilib.

 

Görüşdə yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.