“Bild”: Merts Avropada liderlik iddiasını itirib

Almaniya Kansleri Fridrix Merts bu həftə bir neçə siyasi məğlubiyyətlə üzləşib və bu vəziyyət onun Avropada liderlik ambisiyalarına ciddi zərbə vurub.

 

Bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

 

Nəşr xatırladıb ki, Merts Aİ sammitində dondurulmuş Rusiya aktivlərinin müsadirəsi planını qəbul etdirməyə nail ola bilməyib. O, həmçinin MERCOSUR ölkələri ilə sazişin imzalanması təşəbbüsündə də uğur qazanmayıb. Kansler ölkə daxilində də uğursuzluqla üzləşib. Belə ki, Mertsin dəstəklədiyi namizəd Günter Krinqs Konrad Adenauer Fondunun rəhbər seçkilərində məğlub olub. Fondun yeni rəhbəri Xristian Demokrat Birliyində Mertsin rəqibi sayılan Anneqret Kramp-Karrenbauer olacaq.

 

“Bild”in baş redaktoru Robert Şnayder yazır ki, Kansler Rusiya aktivləri məsələsində “ciddi siyasi səhvlərə yol verib”: “Merts planını Aİ-də əsas oyunçularla razılaşdırmadan irəli sürdü və onu alternativsiz kimi təqdim etdi. O, bir çox ölkələrin susqunluğunu razılıq kimi qiymətləndirdi, Belçikanın etirazlarını, eləcə də sonradan EÇB, hüquqşünaslar və maliyyə ekspertlərinin narahatlıqlarını nəzərə almadı”.

 

Şnayderin fikrincə, məhz bu risklər Almaniyanın tərəfdaşlarını geri çəkilməyə vadar edib: “Nəticə acınacaqlıdır – Merts hələlik Avropada liderlik iddialarını unuda bilər”.

 

“Teleqraf” xatırladır ki, Aİ sammitinin iştirakçıları bu həftə Rusiya aktivlərinin müsadirəsi planını razılaşdıra bilməyiblər. Alternativ olaraq, Ukraynaya kollektiv Avropa borclanması mexanizmi ilə maliyyə dəstəyi göstərilməsi qərara alınıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.