Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat – DAHA 76 NƏFƏR SAXLANILDI
VİDEO

Türkiyədə son iki həftə ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı 76 şübhəli saxlanılıb, onlardan 50-si barəsində həbs qətimkan tədbiri seçilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində yazıb.

 

Nazirin bildirdiyinə görə, əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Bursa, Diyarbəkir, Hatay, Şanlıurfa, Samsun, Konya, Kayseri daxil olmaqla ümumilikdə 30-a yaxın vilayətdə keçirilib.

 

Son iki həftə ərzində saxlanılan şəxslərin FETÖ-nün hazırkı strukturlarında fəaliyyət göstərdiyi, anketli telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları, terror təşkilatı ilə əlaqəli qondarma yardım qurumlarını maliyyələşdirdikləri, eləcə də sosial şəbəkələrdə FETÖ təbliğatı apardıqları bildirilib.

 

Nazir əlavə edib ki, 2025-ci ilin əvvəlindən bu günədək FETÖ-yə qarşı aparılan əməliyyatlar çərçivəsində 1601 şübhəli həbs edilib, 1524 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı verilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.