Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Misir Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün əl-Alameyn şəhərində keçirilən Afrika İttifaqının 8-ci illik koordinasiya iclasının açılışında deyib.

 

Misir Prezidenti dövlətlərin münasibətlərinin qarşılıqlı hörmət, mehriban qonşuluq, dialoq və məsləhətləşmə prinsiplərinə əsaslanmasının vacibliyini vurğulayıb. O, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmətin qitədə sabitliyin əsas şərtlərindən olduğunu qeyd edib.

 

Əbdülfəttah əs-Sisi sərhəd məsələlərinin, o cümlədən su ehtiyatlarının idarəolunmasının qarşıdurma deyil, əməkdaşlıq və beynəlxalq hüquq əsasında həll edilməsinin vacibliyini bildirib.

 

O, həmçinin 2019-cu ildə qüvvəyə minmiş Afrika Qitəsi Azad Ticarət Zonası təşəbbüsünün tam fəaliyyətə başlamasına çağırıb və iqtisadi inteqrasiyanın qitədə sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb: “Mesajımız bu gün aydın olmalıdır. Belə ki, mövqelərimizi uzlaşdırmaq daha kifayət deyil, imkanlarımızı inteqrasiya etdirməliyik, gələcəyimizi ortaq cəhdlərimizlə qurmalıyıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.