Tramp Fransanı sərhədlərini təcili bağlamağa çağırdı
VİDEO

ABŞ Prezidenti Donald Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb.

 

Senzor.az bildirir ki, bu barədə Tramp "Truth Social"da yazıb.

 

"Miqrantlar Fransanı ələ keçiriblər. Onlar sərhədləri dərhal bağlamalıdırlar!" - o yazıb.

 

Qeyd edək ki, Fransa boyu davam edən etirazlar, iğtişaşlar və toqquşmalarla əlaqədar olaraq, Baş nazir Sebastyan Lekornyu bu gün qurumlararası böhran mərkəzinin müşavirəsini keçirəcək.

 

Bir sıra şəhərlərdə artıq komendant saatı elan edilib. Medianın məlumatına görə, Fransada etiraz aksiyalarının təşkilində iştirak edən koordinasiya qrupu bazar ertəsi aksiyaların ikinci mərhələsinin oktyabrın 24-də və 31-də keçiriləcəyini elan edib.


Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın bütün ərazisində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq qiymətləndirib.

 

Bir sıra şəhərlərdə etiraz aksiyaları iğtişaşlara və polislə toqquşmalara çevrilib. Yüzlərlə saxlanılan və xəsarət alan var.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.