Makron xalqa müraciət etdi: ETİRAZÇILARIN TƏLƏBLƏRİ NƏZƏRƏ ALINACAQMI?
VİDEO

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 17-də keçirilən səfərbərlik aksiyaları zamanı baş verən zorakılıqlardan sonra xalqa müraciət edərək, “utanc hissi” keçirdiyini söyləyib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Makron qırğınlarda iştirak edənləri məsuliyyətə cəlb edəcəyinə və mağazaların talan edilməsində və binaların dağıdılmasında iştirak edənlərdən təzminat tələb edəcəyinə söz verib.

 

Eyni zamanda, o,vətəndaşların yaşayış xərclərinin və yanacaq qiymətlərinin artması ilə bağlı narahatlıqlarının əsaslı olduğunu etiraf edib.

 

Makron deyib: "Dağıdanlar cəzasını çəkməlidir. Talan edənlər dəymiş ziyanı ödəməlidirlər. Respublikanın təməllərini sarsıtmağa cəhd edənlər hərəkətlərinə görə məsuliyyət daşıyacaqlar".

 

Eyni zamanda, Prezident dinc etirazçıları iğtişaşçılarla səhv salmamağa çağırıb. Onun sözlərinə görə, hakimiyyət orqanları vətəndaşların tələblərini nəzərə almalı və ictimai asayişin qorunmasını təmin etməlidir.

 

Makron yanacaq qiymətlərinin artmasını Fransanın iştirak etmədiyi Fars körfəzindəki münaqişənin nəticələri ilə əlaqələndirib. O, Fransanın yanacaq və qaz təchizatını təmin etmək məqsədi ilə beynəlxalq danışıqları davam etdirəcəyini və Fars körfəzi ölkələrinə səfər edəcəyini açıqlayıb.

 

Prezident həmçinin gənclərin gələcəyin qeyri-müəyyənliyi, yaşayış və təhsil şəraiti, peşə seçimi və cəmiyyətdəki yerləri ilə bağlı dərin narahatlıq keçirdiklərini deyib: "Hakimiyyət orqanları gənclərin problemlərinin ciddiliyini nəzərə alaraq onları dinləməlidir. Orta məktəb şagirdləri, müəllimlər, həmkarlar ittifaqları, işəgötürənlər və yerli seçilmiş nümayəndələrlə müzakirələrə başlayacam".

 

Prezidentin çıxışı Fransanın siyasi dairələrində müxtəlif reaksiyalara səbəb olub. Milli Birlik Partiyasının sədri Jordan Bardella müraciəti “acınacaqlı” adlandıraraq, hakimiyyəti fransızlara təklif edəcək heç nəyinin qalmamasında ittiham edib.

 

Respublikaçılar Partiyasının sədri Brüno Retayyo isə Makronun çıxışını “çox narahatedici” hesab edib. O, dövlət başçısını vəziyyətə nəzarəti itirməkdə ittiham edərək, fransızların müdafiəsi üçün fövqəladə vəziyyət elan etməyə çağırıb.

 

Paris senatoru Yannick Jadot da Prezidentin çıxışını “Makronun acizliyinin dəhşətli nümayişi” kimi qiymətləndirib. O, ölkədəki vəziyyəti hər tərəfdən suya qərq olan, amma sükan və kapitanı olmayan gəmiyə bənzədib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.