
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, dövlət başçısının Fərmanına əsasən TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək, baş nazirin müavini təyin edilib.