ABŞ dövlət katibi: Özbəkistan uğrunda Rusiya və Çinlə rəqabət aparmırıq

“ABŞ Özbəkistanda nüfuz uğrunda Çin və ya Rusiya ilə rəqabət aparmır, Vaşinqtonun əsas məqsədi açıq rəqabət əsasında əməkdaşlığı genişləndirməkdir və heç kimə kiminlə iş görməli olduğu barədə göstəriş vermək niyyətində deyil”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Özbəkistanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio deyib.

 

“Bizim burada şirkətlərimiz var, onlar məhsullar istehsal edirlər. Biz yalnız ədalətli rəqabət və yeni imkanlar istəyirik. Dünyada elə bir region yoxdur ki, Amerika məhsulları və xidmətləri digər istehsalçılarla rəqabət apara bilməsin”, - o bildirib.

 

Rubio qeyd edib ki, məhz bu səbəbdən onunla birlikdə Özbəkistana Amerika biznesinin 300-ə yaxın nümayəndəsi gəlib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.