ABŞ-ın maliyyə naziri: AVROPA RUSİYAYA UKRAYNAYA AYIRDIĞINDAN ÇOX PUL ÖDƏYİB

Avropa energetika sövdələşmələrində Rusiyaya Ukraynaya ötürdüyündən daha çox pul ödəyib və Rusiya yanacağının istehlakını davam etdirir.

 

Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent "NBC News"un "Mətbuatla görüş" proqramında deyib.

 

O, Ukraynanı dəstəkləyərkən eyni zamanda Rusiya neft və qazını almağa davam etdiklərinə görə Avropa ölkələrini sərt tənqid edib.

 

S.Bessentin sözlərinə görə, bu ilin ilk altı ayında ABŞ 4 milyard dollar dəyərində (o cümlədən 1,8 milyard dollarlıq gübrə), Avropa ölkələri isə bu məbləğdən 10 dəfə çox Rusiya məhsulları idxal ediblər.

 

"Avropalılar Rusiyaya ukraynalılardan daha çox pul veriblər və onlar Rusiyanın enerji resurslarını istehlak etməyə davam edirlər", - maliyyə naziri bildirib. O, Vaşinqtonun Rusiya əleyhinə sanksiyaları ləğv etmədiyini; məhdudiyyətlərin yalnız dizel yanacağı təchizatı üçün yumşaldıldığını vurğulayıb.

 

O, həmçinin bildirib ki, yazda ABŞ administrasiyası avropalı müttəfiqlərindən Rusiya enerji resurslarını alan ölkələrə qarşı koordinasiyalı tədbirlər görmələrini istəyib.

 

"Bu yaz mən Avropadakı müttəfiqlərimizdən Çin və Hindistana ikinci dərəcəli tariflər tətbiq etməkdə bizə qoşulmalarını istədim. Onlar imtina etdilər. Bəs niyə ABŞ bu yükü daşımalıdır?", - Bessent deyib.

 

O, əlavə edib ki, Vaşinqton Avropa tərəfdaşları ilə əlaqələrini yeniləyə bilər. 

 

Nazir onu da bir daha təsdiqləyib ki, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istəyir. 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.