
ABŞ-da Prezident Donald Trampın siyasətinin reytinqi rekord həddə enib, Konqresə aralıq seçkilərdən iki həftə əvvəl Demokrat Partiyasını daha çox amerikalı dəstəkləyir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, "The Washington Post" (WP), ABC və Fransanın "Ipsos" sosioloji xidməti tərəfindən aparılan sorğunun nəticələrindən belə məlum olur.
Sorğuya əsasən, Prezidentin reytinqi iyulla müqayisədə 4 faiz, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 8 faiz azalaraq 33 % təşkil edir.
Demokratlar ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarət uğrunda yarışda respublikaçılardan 8 faiz öndədir ki, bu da iyul ayındakı 3 faizlik azalmadır. Respondentlər respublikaçılardan narazılıqlarının əsasən Trampın hərəkətləri, eləcə də İranla müharibənin səbəb olduğu ölkədə inflyasiyanın artması ilə bağlı olduğunu bildiriblər: Respondentlərin 65 %-i Tehrana qarşı əməliyyatın səhv olduğunu düşünür.
Bundan əlavə, sorğu iştirakçılarının 48 %-i Trampın 2025-ci ildə prezidentliyə qayıtmasından bəri maliyyə vəziyyətlərinin pisləşməsindən şikayətlənib. Bu, WP və ABC-nin 1986-cı ildən bəri sorğularında qeydə alınan istənilən Prezident üçün ən yüksək göstəricidir.
Sorğu 9-13 oktyabrda 2 545 yetkin amerikalı arasında aparılıb.