Zelenski Trampın xüsusi nümayəndələri ilə Ukraynada sülh məsələsini müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparıb.

 

Bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb.

 

Onun sözlərinə görə, tərəflər Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün nəticələrini və diplomatik prosesin növbəti mərhələlərini müzakirə ediblər: “Komandalarımız faktiki olaraq daim əlaqə saxlayır. Biz diplomatik sahədə növbəti addımları da hazırlayırıq. Tərəfdaşlarımızı Rusiyanın bir an belə dayanmayan hücumları və hava hücumundan müdafiə məsələləri ilə bağlı real vəziyyət barədə mütəmadi məlumatlandırırıq”.

 

Ukrayna Prezidenti vurğulayıb ki, sülh prosesində ABŞ-ın mövqeyindən çox şey asılıdır.

 

Zelenski, həmçinin qeyd edib ki, Ukrayna ABŞ-ın müharibənin başa çatdırılmasına kömək etməsi üçün mümkün olan bütün addımları atır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.