Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib və... MƏQSƏDİ NƏ OLUB?
ŞƏRH

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər.

 

Gununsesi.info xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

 

T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var.

 

"Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur", - deyə oğul Mehdiyev bildirib.

 

Bu məqamda isə ortaya suallar çıxır: Bu cür bir iddia həqiqəti əks etdirirmi? Daha dəqiq, istintaqa da təsir edə biləcək bu ifadənin tibbi əsası varmı? 

 

Timur Mehdiyevin bu ifadəsini Gununsesi.info-ya şərh edən keçmiş MTN zabiti Cavanşir Vəliyev deyib ki, əslində, bununla oğul Mehdiyev atasını məsuliyyətdən yayındırmağa çalışıb: “Çox güclü vəkil gedişini oğlu Timur həyata keçirib. Bu versiya cinayət işinə ciddi təsir edə bilər. Atasının yaddaş problemi var, hərəkətlərinə görə məsuliyyət daşımır? Maraqlıdır, bu iddia istintaq qarşısında məsuliyyətdən yayınmaq cəhdidir, yoxsa həqiqətən tibbi faktlarla təsdiqlənir? Dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd kimi ağır ittihamlar fonunda cəmiyyətin cavab gözlədiyi suallar çoxdur. Hüquqi qiymətləndirməni isə məhkəmə verməlidir”.

 

Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci - dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü - dövlətə xəyanət və 193-1.3.2-ci  - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri ilə ittiham irəli sürülüb.

 

Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.