Qazaxıstanda hakimiyyət çevrilişi üçün Qırğızıstan Prezidentindən... KÖMƏK İSTƏYİBLƏR

Qazaxıstanlı mühacir müxalifətçi Muxtar Ablayazov altı il əvvəl Qırğızıstan Prezidenti Sadır Japarova Qazaxıstanda inqilaba hazırlıq məqsədilə ölkəsinin ərazisindən istifadə etməyi təklif edib.

 

“Teleqraf” xəbər verir ki, bu barədə Qırğızıstan dövlətinin başçısı yerli mediaya müsahibəsində danışıb.

 

Japarovun sözlərinə görə, 2020-ci ilin payızında Qırğızıstanda baş verən və Prezident Sooronbay Jeenbekovun istefası ilə nəticələnən inqilabi hadisələr zamanı Ablayazov ona zəng edib: “Bir-iki dəqiqə ərzində məni təriflədi, sonra dedi: “Səndən bizə kömək etməyini xahiş edirəm. İcazə versən, Bişkekə uçacam, orada qalaraq Qazaxıstanda inqilab təşkil edəcəm”.

 

Ablayazovun, həmçinin Qırğızıstan vətəndaşlığına malik olduğunu söylədiyini xatırladan S. Japarov daha sonra bildirib: “Ona belə cavab verdim: “Birincisi, mən qonşu ölkələrin siyasətinə müdaxilə etmirəm. İkincisi, sizə görə Qazaxıstanla münasibətlərimi korlamayacam. Yaxşı olar ki, gəlməyəsiniz, öz işlərinizlə məşğul olun”. Bununla da söhbət bitdi, cəmi iki dəqiqə danışdıq”.

 

Japarov Ablayazovun guya ondan pul istəməsi barədə dediklərini təkzib edib: “Bu, həyasızcasına deyilən yalandır. İnqilab baş vermişdi, mən artıq hakimiyyətə gəlmişdim. Həmin günlərdə pula ehtiyac yox idi”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.