
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya növbəti parlament seçkilərində tam dəstəyini ifadə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Netanyahunu güclü və cəsarətli lider adlandıraraq, onun İranla mübarizədə Vaşinqtonun mühüm tərəfdaşı olduğunu vurğulayıb.
“Bu məktub mənim Benyamin Netanyahunun İsrailin Baş naziri vəzifəsinə yenidən seçilməsi üçün namizədliyini tam və qəti şəkildə dəstəklədiyimin ifadəsidir. Netanyahu sizi heç vaxt məyus etməyəcək”, - deyə Tramp bildirib.
O həmçinin bildirib ki, Netanyahudan başqa bir şəxsin İsrailə rəhbərlik etməsi halında İranla mübarizənin əsas yükü ABŞ-ın üzərinə düşə bilər.