
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Haftarı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Senzor.az yerli KİV-ə isinadən bildirir ki, görüş bu gün Ankarada Prezident Sarayında keçirilib.
Görüş mətbuat üçün qapalı olub.
Qeyd edək ki, Ankarada rəsmi səfərdə olan Xəlifə Haftar Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla da görüşüb.(Bax: https://www.youtube.com/watch?v=WPAFrP2dybU)