Ermənistanın sabiq müdafiə nazirinə qarşı yeni ittiham irəli sürüldü

Ermənistanın sabiq müdafiə naziri David Tonoyana vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi çərçivəsində yeni ittiham irəli sürülüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, işin materiallarına görə, Tonoyan ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

 

Həmin iş üzrə Ermənistan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi Noravar Yolçyan da keçir və ona Tonoyana köməkçilik etməkdə ittiham irəli sürülüb. İttiham tərəfinin versiyasına görə, onların hərəkətləri dövlətin qanuni maraqlarına mühüm ziyan vurub və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

 

Noyabrın 24-də cinayət işi Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinin hakimi Aram Qriqoryanın icraatına daxil olub.

 

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Tonoyanın adı yararsız aviasiya sursatlarının alınması ilə bağlı cinayət işində hallanıb. Sabiq nazir həmin iş çərçivəsində həbs edilmişdi. 2024-cü ilin avqustunda isə o, girov müqabilində həbsdən azad olunub.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.