İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı ilə bağlı mərhumun ailəsinə başsağlığı verib.

 

Senzor.az bildirir ki, başsağlığında deyilir:

 

"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

 

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

 

Allah rəhmət eləsin!"

 

Senzor.az xatırladır ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çətin 89 yaşında dünyasını dəyişib.

 

1937-ci ildə Diyarbəkirdə anadan olan Hikmət Çətin Cümhuriyyət Xalq Partiyasının üzvü olub.

 

O, 1991–1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1995-ci ildə Baş nazirin müavini, 1997–1999-cu illərdə TBMM sədri vəzifələrində çalışıb. Çətin, həmçinin 2003–2006-cı illərdə NATO-nun Əfqanıstandakı Baş Mülki Nümayəndəsi kimi fəaliyyət göstərib.



Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.