Tramp trapda yıxılan Baydeni lağa qoyurdu - İNDİ ÖZÜ BÜDRƏDİ
VİDEO

ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio "Air Force One" təyyarəsinə minərkən xoşagəlməz hadisə ilə üzləşiblər. Belə ki, hər iki siyasətçi jurnalistlərin və nümayəndə heyətinin gözü qarşısında təyyarənin pilləkənində büdrəyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Nyu-Cersi ştatının Morristaun şəhərinin hava limanında baş verib. 

 

Təyyarəyə minməzdən əvvəl Tramp mətbuat nümayəndələri ilə söhbət edib, sonra isə pilləkənlə qalxmağa başlayıb. Ancaq trapın ortasında o büdrəyib. Prezidentin ardınca qalxan dövlət katibi Marko Rubio da pilləkəndə eyni aqibəti yaşayıb.

 

Kadrlar sosial şəbəkələrdə gülüşlə qarşılanıb və müzakirələrə səbəb olub. Ən çox da tarixin ironiyası kimi. Yəqin xatırlayırsınız, əvvəllər Donald Tramp sələfi Co Baydeni buna bənzər hadisələrə görə dəfələrlə lağa qoymuşdu...

https://www.youtube.com/watch?v=TTuuKunf-2A







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.