
Oktyabrın 4-də Türkiyənin cənubundakı Adana və Osmaniyə əyalətlərində 4,8, 4,9 və 5,2 bal gücündə zəlzələlər baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İlk zəlzələ yerli vaxtla saat 14:19-da Adana əyalətində qeydə alınıb, 4,8 bal gücündə zəlzələnin episentri Saimbeyli rayonunda olub.
On yeddi dəqiqə sonra eyni ərazidə 4,9 bal gücündə zəlzələ, yerli vaxtla saat 14:43-də isə qonşu Osmaniyə əyalətinin Sumbas rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.