Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturuyarımadada gecə 18-20°, gündüz 24-27°, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək, əksər rayonlarda əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 25-30°, dağlarda gecə 6-11°, gündüz 11-16° isti olacaq.