Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayıb.
Senzor.az bildirir ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub.
Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. I sinifdə 49 171, IX sinifdə 36 199, X sinifdə 27 016, XI sinifdə 23 707, XII sinifdə 176 şagirdin oxuyacağı ehtimal olunur.
Qeyd edək ki, V-XI siniflərdə əyani təhsil isə 29 sentyabr tarixindən başlayacaq.
Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.