Azərbaycana payız fəsli daxil olub.
Senzor.az AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, sentyabrın 22-də saat 23:21-də payız gecə və gündüz bərabərliyi baş verib.
Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək.
Qeyd edək ki, qış fəsli (qış günəş duruşu) dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.