Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 842 yeni yoluxma faktı qeydə alınıb, 2062 nəfər müalicə olunaraq sağalıb.
Senzor.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən bildirir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 483 128 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 457 144 nəfər müalicə olunaraq sağalıb, 6513 nəfər vəfat edib, aktiv xəstə sayı 19 471 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9668, ötən müddət ərzində isə ümumilikdə 4 849 531 test aparılıb.